Məşhur boksçu gələcəkdə idman naziri  olacağını bildirib
15 sentyabr 2024 12:30 (UTC +04:00)

Məşhur boksçu gələcəkdə idman naziri olacağını bildirib

Ağır çəkidə WBC, WBA, WBO və IBO çempionu Aleksandr Usik gələcəkdə idman naziri olmağı planlaşdırdığını bildirib. 

Lent.az-ın məlumatına görə, o, bu barədə Polşanın Kanal Sportowy onlayn idman kanalına müsahibəsində bildirib.

“Uşaqlarla təkcə idmanda deyil, həm də psixologiyada, sağlam həyat tərzini dəstəkləməkdə işləmək, öz başımla düşünmək, kimin nə dediyinə qulaq asmamaq istərdim”, - o vurğulayıb.

Boksçunun sözlərinə görə, o, uşaqlara bacardığı bəzi şeyləri öyrətmək üçün onlarla işləmək istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381
avatar

Oxşar yazılar