“Mən hələ də  dünyanın ən yaxşısıyam,   zarafat etmirəm” - İbrahimoviç
27 fevral 2023 18:36 (UTC +04:00)

“Mən hələ də dünyanın ən yaxşısıyam, zarafat etmirəm” - İbrahimoviç

"Milan"ın isveçli hücumçusu Zlatan İbrahimoviç 41 yaşında olsa da, hələ də dünyanın ən yaxşı oyunçusu olduğunu bildirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o,  növbəti mövsümdə də “Milan”da qalmaq istədiyini təsdiqləyib.

“Formada olanda yenə də ən yaxşıyam, zarafat etmirəm. Son bir neçə ay ərzində çox əziyyət çəkmişəm, amma indi beş dəqiqə oynamaq üçün burada deyiləm. Oyunlarda tam oynamaq istəyirəm!

İndiki səviyyədə oynasam, gələn il “Milan”da qalacam. Əslində, mən daha bir neçə il oynamağa davam edəcəyəm”, - İbrahimoviç deyib.

İbrahimoviç "Milan"ın "Atalanta" ilə oyununda (2:0) meydana daxil olub. Bu oyun isveçli üçün zədədən sonrakı 280 gün ərzində ilk oyun idi.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1599
avatar

Oxşar yazılar