PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə qarşıdakı ilk oyundan danışıb.
“Böyük oyunçuların vaxtı çatıb. Mən hazıram və həmişə olduğu kimi, gizlənməyəcəm. PSJ-nin göstərdiyi dinamikanı nəzərə alsaq, əminəm ki, əlimizdən gələni edəcəyik və yekun nəticə Allahın əlində olacaq.
Mövsümün həlledici mərhələsi yaxınlaşır. Aprelin sonunda bu mövsümün komandamız üçün necə olacağını anlamaq mümkün olacaq”, - Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Mbappe bildirib.
PSJ - "Barselona" oyunu aprelin 10-da Parisdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.