Meksika 2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə rəsmi namizəd olub. Bu barədə Meksika Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Biz özümüzü uğurlu və iddialı ölkə kimi görürük", - Lent.az bildirir ki, Meksikanın xarici işlər naziri Marselo Ebrard, “Reuters”ə deyib.
“Biz futbol üzrə üç Dünya Çempionatına ev sahibliyi edən yeganə ölkəyik, biz dünyanın ən yaxşı iqtisadiyyatlarından birinə malik canlı ölkəyik”, - nazir əlavə edib.
Ebrard onu da qeyd edib ki, noyabrın 30-da Meksikanın oyunlara ev sahibliyi etmək təklifini təşviq etmək üçün komitənin yaradılması elan ediləcək.
Meksikada bir dəfə 1968-ci ildə Olimpiadaya ev sahibliyi edib, yarış oktyabrın 12-dən 27-dək Mexikoda keçirilmişdi. 1970 və 1986-cı illərdə Meksika dünya çempionatına ev sahibliyi edib, bundan əlavə, ölkə 2026-cı ildə dünya çempionatının oyunlarına ev sahibliyi edəcək, oyunlar eləcə də ABŞ və Kanadada keçiriləcək.
Növbəti Yay Olimpiya Oyunları 2024-cü ildə Parisdə, 2028-ci ildə Los-Ancelesdə və 2032-ci ildə Brisbendə keçiriləcək.