Məhəmməd Salah ərəb klubu ilə  müqavilə imzaladı
02 mart 2024 13:49 (UTC +04:00)

Məhəmməd Salah ərəb klubu ilə müqavilə imzaladı

"Liverpul"un hücumçusu Məhəmməd Salah mövsümün sonunda İngiltərə klubunu tərk edəcək.

Lent.az xəbər verir ki, bu barədə məlumatı Misir millisinin sabiq futbolçusu Mido açıqlayıb.

“Məhəmməd Salah gələn mövsüm Səudiyyə Ərəbistanında oynayacaq. Artıq müqavilə imzalanıb”, - Mido sosial şəbəkələrinin birində yazıb.

Xatırladaq ki, misirli futbolçu 2017-ci ildə “Roma”dan “Liverpul”a keçib. Bu mövsüm Məhəmməd Salah İngiltərə komandasının heyətində bütün turnirlərdə 28 oyun keçirib, 19 qol vurub və 10 məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyon avrodur.

İngiltərə Premyer Liqasının 26 turundan sonra "Liverpul" Premyer Liqa turnir cədvəlinə başçılıq edir.

# 13335
avatar

Oxşar yazılar