PSJ-nin fransalı hücumçusu Kilian Mbappenin anası Faiza Lamari ilə "Real Madrid" rəhbərliyi arasında münaqişə yaşanıb.
Lent.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
25 yaşlı futbolçunun agenti kimi fəaliyyət göstərən Lamari Mbappenin buna hazır olmadığını bildirib.
Bütün bunlara baxmayaraq, klub güzəştə getmək istəmir.
Qeyd olunur ki, “Real” transferi yalnız öz şərtləri ilə təşkil etmək istəyir.
Fevralın 3-də Mbappenin 2024-cü ilin yayında PSJ-dən Real Madridə keçməyə qərar verdiyi bildirilmişdi. Lakin sonradan məlum oldu ki, müqavilənin razılaşdırılmasında çətinliklər ucbatından sövdələşmə pozula bilər.