Mbappe ingilis klubunun 500 milyonluq təklifini RƏDD ETDİ
27 fevral 2024 11:33 (UTC +04:00)

Mbappe ingilis klubunun 500 milyonluq təklifini RƏDD ETDİ

PSJ-nin fransız futbolçusu Kilian Mbappe "Real Madrid"lə müqavilə bağlamazdan bir həftə əvvəl İngiltərənin "Mançester Yunayted" klubunun təklifini rədd edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Mbappeyə 500 milyon avroluq müqavilə, həmçinin 200 milyon avroluq imza bonusu təklif olunub.

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı yerdədir.

Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. 2022-ci ilin mayında media Mbappenin PSJ ilə yeni müqavilə imzaladığını yazıb. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqaviləni təsdiqlədiyini bildirib. Nəticədə İspaniya klubuna səs-küylü transfer hələ ki, baş tutmayıb. İspan mediasına görə, Los Blancos düşərgəsinə köçmək üçün ikinci cəhd bu yay uğur qazana bilər.

Fransa çempionatının cari mövsümündə Mbappe 21 oyun keçirib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib. Parislilər hazırda Liqa 1 turnir cədvəlində birinci yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5499
avatar

Oxşar yazılar