“Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt bu yay klubu tərk edə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, tərəflərin yeni müqavilə ilə bağlı danışıqlarında problemlər yaranıb və son aylarda ciddi irəliləyiş əldə olunmayıb.
Maneələrdən biri futbolçunun uzunmüddətli müqavilə bağlamaq istəməməsidir. O, həm də maaşların əhəmiyyətli dərəcədə artırılmasını tələb edir.
“Liverpul”, “Mançester Siti” və “Mançester Yunayted”, eləcə də “Yuventus” vəziyyəti izləyir.
Maunt bu mövsüm Premyer Liqada 21 oyuna çıxıb və 3 qol vurub.
“Çelsi” Premyer Liqa cədvəlində 10-cu yerdədir, 22 oyunda 31 xal toplayıb. London klubu son matçda Çempionlar Liqasının 1/8 finalında Dortmund “Borussiya”sına uduzub.