“Marsel”də İqor Tudorun yerinə o gətirildi
21 iyun 2023 17:31 (UTC +04:00)

“Marsel”də İqor Tudorun yerinə o gətirildi

“Marsel” rəhbərliyi nəhayət, komanda üçün yeni baş məşqçi ilə bağlı qərar verib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalist Fabrisio Romanonun sözlərinə görə, ispaniyalı mütəxəssis Marselin Qarsiya Toral gələn mövsümdən Fransa klubunu çalışdıracaq.

Müqavilə 2025-ci ilə kimi nəzərdə tutulub. Müqavilə bu həftənin sonuna kimi imzalanmalıdır.

Qeyd edək ki, 57 yaşlı ispaniyalı daha əvvəl "Lealtad", "Sportinq Xixon", "Rekreativo", "Rasinq", "Saraqosa", "Sevilya", "Vilyarreal", "Valensiya" və "Atletik" klublarını çalışdırıb. “Valensiya” ilə İspaniya kubokunu, “Atletik”lə isə ölkə Superkubokunu qazanıb.

"Marsel"in baş məşqçisi kimi mütəxəssis İqor Tudoru əvəz edəcək. Xorvatiyalının rəhbərliyi altında Fransa klubu ötən mövsüm Fransa çempionatında üçüncü yeri tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1491
avatar

Oxşar yazılar