Yay transfer pəncərəsi zamanı İngiltərənin "Mançester Yunayted"i "Bavariya"nın almaniyalı yarımmüdafiəçisi Coşua Kimmixi, Fransanın "Lill" klubunun kanadalı hücumçusu Conatan David və Fransanın "Nitsa" klubunun fransalı yarımmüdafiəçisi Kefren Tyuramı almaq niyyətindədir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, futbolçuların müqavilələri 2025-ci ilin iyun ayına kimi qüvvədədir.
İngiltərə Premyer Liqasının 23-cü turundan sonra "Mançester Yunayted" 38 xalla 6-cı pillədə qərarlaşıb.