“Mançester Yunayted” tarixinin  ən yaxşı   baş məşqçisidir?
05 mart 2024 13:29 (UTC +04:00)

“Mançester Yunayted” tarixinin ən yaxşı baş məşqçisidir?

“The Sun” klubun tarixindəki bütün oyunlarda qalibiyyət faizinə əsaslanaraq ən yaxşı 10 “Mançester Yunayted” məşqçisinin siyahısını dərc edib və hazırkı baş məşqçi Erik ten Haq birinci yeri tutur.

Lent.az bildirir ki, hollandiyalı oyunların 60 faizində qalib gəlib. “Mançester Yunayted”in baş məşqçisi klubu 100 oyunda çalışdırıb.

Klubun əfsanəsi Ser Aleks Ferqyuson 895 qələbə ilə 1500 oyunda iştirak edib. Onun qalibiyyət faizi 59,7 faiz təşkil edib. 144 oyunda 84 qələbə qazanan Joze Mourinyo 58,3 faiz qələbə ilə siyahıda üçüncü olub.

“Mançester Yunayted” 44 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində altıncı yerdədir. Mankunianların Çempionlar Liqası zonasından fərqi 11 xaldır. “Liverpul” 27 turdan sonra 63 xalla turnir cədvəlinə başçılıq edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3069
avatar

Oxşar yazılar