“Mançester Yunayted” sonuncu dəfə “Barselona”nı 2008-ci ildə məğlub edib:  Möcüzə  baş verəcəkmi?
23 fevral 2023 19:59 (UTC +04:00)

“Mançester Yunayted” sonuncu dəfə “Barselona”nı 2008-ci ildə məğlub edib: Möcüzə baş verəcəkmi?

Fevralın 23-də 2022/23 mövsümündə Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunu keçiriləcək, "Barselona" ilk oyunda heç-heçə (2:2) əldə etdikdən sonra "Mançester Yunayted"in qonağı olacaq.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ilk oyundan sonra rəqiblər daxili çempionatlarda oyunlar keçiriblər. "Mançester Yunayted" asanlıqla "Lester"dən üç xal alıb (3:0), burada Markus Raşford daha bir dubla imza atıb və yarı gücü ilə oynayan "Barselona" isə "Kadis"ə asanlıqla qalib gəlib (2:0).

Qeyd edək ki, “Mançester Yunayted” 15 ildir “Barselona”ya qalib gələ bilmir. Bu dəfə möcüzə baş verəcəkmi?

Statistika və faktlar

• "Mançester Yunayted" "Barselona"ya qarşı keçirdiyi son 11 oyunda yalnız bir dəfə qalib gəlib (5 heç-heçə və 5 məğlubiyyət). Son qələbə 2008-ci ilə təsadüf edir.

• Mançester Yunayted” “Old Trafford”da keçirdiyi son 11 oyunun 2-də məğlub olub (6 qələbə və 3 heç-heçə). Maraqlıdır ki, hər iki məğlubiyyət İspaniya komandaları - "Atletiko Madrid" və "Real Sosyedad"lə oyunlarda olub.

• Markus Reşford bu mövsüm Avropa Liqasında hər 76 dəqiqədən bir qol vurub.

• “Mançester Yunayted” ardıcıl 17 ev oyunudur ki, məğlub olmur.

• "Barselona" ardıcıl 10 səfər oyununda məğlub olmur.

• Baş hakim fransız Kleman Tyurpen təyin olunub. Son 10 oyunda 3 qırmızı vərəqə göstərib. O, həmçinin 4 penalti təyin edib.

• “Mançester Yunayted”in bombardiri Markus Reşford “Old Trafford”da keçirdiyi son 15 oyunun 13-də qol vurub və ya assistentlik edib.

• Kataloniyalı hücumçu Robert Levandovski karyerası ərzində 137 Avropa oyununda 98 qol vurub. Avropa Liqasında isə sonuncu qolu 2010/11 mövsümündə Dortmund "Borussiya"sında oynadığı vaxt vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704
avatar

Oxşar yazılar