“Mançester Yunayted” 3 yeni futbolçu  almaq istəyir
30 sentyabr 2023 19:17 (UTC +04:00)

“Mançester Yunayted” 3 yeni futbolçu almaq istəyir

“Nitsa”nın müdafiəçisi Jan-Kler Todibo karyerasını “Mançester Yunayted”də davam etdirə bilər. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib.

“Yunayted” bu yay Harri Maquayrı əvəz etmək istəyəndə fransalı müdafiəçi ilə maraqlanmışdı. Lakin ingilis futbolçu Maquayr klubda qalıb.

Qeyd edilir ki, Maquayrın vəziyyəti daha da pisləşdiyi üçün “Mançester” qışda Todibonu yenidən transfer etməyə çalışacaq. “Şeytanlar” həmçinin “Bayer Leverkuzen”dən Edmond Tapsoba və “Benfika”dan yeniyetmə Antonio Silvanı da transfer etməyi düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5158

Oxşar yazılar