Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqred "Dinamo"su XX turda xal itirib.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, "Dinamo" "Slaven Belupo"nun qonağı olub. İlk hissədə vurulan qollarla görüş 1:1 hesabı ilə başa çatıb.
Mahir Emreli fasilədən sonra Petar Boçkayın yerinə meydana daxil olub.
Qeyd edək ki, "Dinamo" 46 xalla Xorvatiya çempionatının lideridir.