İngiltərənin “Liverpul” klubunun satış qiyməti bəlli olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, klubun rəhbəri Con Henri “Liverpul”u 4 milyard sterlinqə satacağını bildirib.
“Çelsi” klubunun 4.25 milyard sterlinqə satılması və “Mançester Siti” ilə “Nyukasl Yunayted” kimi komandaların maliyyə cəhətdən güclənməsi klubun qiymətinə təsir edir.
Klubun bütöv olaraq, yaxud hissələrinin satışa çıxarılacağı isə dəqiq deyil. Amerikalı və Orta Şərqli müştərilərin “Liverpul”a daha çox maraq göstərəcəyi iddia olunur.
Məlumat üçün bildirək ki, Con Henrinin rəhbəri olduğu “Fenway Sports Group” 2010-cu ildə “Liverpul”u 300 milyon sterlinqə alıb.