"Liverpul"un baş məşqçiliyinə əsas namizəd  TAPILDI
30 mart 2024 18:51 (UTC +04:00)

"Liverpul"un baş məşqçiliyinə əsas namizəd TAPILDI

0

“Sportinq Lissabon”un baş məşqçisi Ruben Amorim “Liverpul”un baş məşqçisi vəzifəsinə əsas namizəddir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, artıq 39 yaşlı portuqaliyalının “Sportinq”lə müqaviləsində nəzərdə tutulan məbləğ barədə İngiltərə klubuna məlumat verilib.

Mersisaydlılara rəhbərlik edən Yurgen Klopp bu mövsümün sonunda klubu tərk edəcək. Bu günə olan məlumata görə, “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində 28 görüşün nəticələrinə əsasən 64 xal toplayaraq ikinci yerdədir.

Növbəti oyunda “Liverpul” İngiltərə Premyer Liqasında “Brayton”la qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4533

Oxşar yazılar