“Liverpul” “Brayton”un 24 yaşlı yarımmüdafiəçisi Aleksis Mak Allister ilə razılaşmanın şərtlərini demək olar ki, razılaşdırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, insayder Fabrisio Romanonun Twitter hesabında yazdığına görə, klub futbolçu ilə tam razılığa yaxındır və yekun detalları gözləyir.
Xatırladaq ki, daha əvvəl argentinalı futbolçunun transferinin mersisaydlılar klubunun tarixində ən bahalılardan biri olacağı barədə məlumat yayılıb.
Aleksis Mak Allister bu mövsüm bütün turnirlərdə "Brayton"da 37 oyuna çıxıb, 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qışda yarımmüdafiəçi Argentina millisinin Qətərdə keçirilən dünya çempionatında qalib gəlməsinə kömək edib. 24 yaşlı futbolçunun "Brayton"la hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.