“Liverpul” Salahı buraxmır
28 mart 2025 19:00 (UTC +04:00)

“Liverpul” Salahı buraxmır

“Liverpul” müdafiəçi Trent Alexander-Arnoldun gedişi ilə bağlı şayiələr fonunda komandanın hücumçusu Məhəmməd Salahla yeni müqavilə üzrə danışıqlara başlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, klub rəhbərliyi Salaha sərfəli müqavilə təklif edib, danışıqlar müsbət şəkildə davam edir. Misirli forvardın “qırmızılar”la hazırkı müqaviləsi 2025-ci ilin iyunun sonunda başa çatır.

Bu mövsüm Məhəmməd Salah “Liverpul”un heyətində bütün yarışlarda 43 oyunda iştirak edib, 32 qol vurub və 22 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Trent Alexander-Arnoldun azad agent kimi transfer etmək üçün “Real Madrid” ilə razılaşdığı barədə məlumatlar yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 944

Oxşar yazılar