“Liverpul” onunla müqaviləni uzadacaq
07 fevral 2023 19:57 (UTC +04:00)

“Liverpul” onunla müqaviləni uzadacaq

"Liverpul" tezliklə hücumçu Roberto Firmino ilə müqaviləni uzada bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, tanınmış jurnalist Fabrizio Romanonun fikrincə, braziliyalı ilə yeni müqavilənin imzalanmasının təşəbbüskarı "qırmızılar"ın baş məşqçisi Yurgen Kloppdur.

Mənbənin məlumatına görə, “Liverpul” 31 yaşlı futbolçuya qısamüddətli müqavilə təklif etməyə hazırdır.

Britaniya mətbuatı müqavilənin 2024/2025 mövsümünün sonuna kimi hesablanacağını iddia edir.

Firminonun "Liverpul"la hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Firmino bu mövsüm Premyer Liqada 13 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.


 

# 1626
avatar

Oxşar yazılar