Fransa çempionu PSJ-nin argentinalı hücumçusu Lionel Messi Çempionlar Liqasında yeni rekorda imza atıb.
Lent.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin sondan əvvəlki turunda İsrailin “Makkabi Hayfa” klubu ilə qarşılaşmada (7:2) dubl edib və 2 məhsuldar ötürmə edib.
Messi Çempionlar Liqası tarixində iki qol vuran və iki məhsuldar ötürmə edən ən yaşlı futbolçu olub (35 yaş 123 gün).
Argentinalı futbolçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 11 qol vurub və 12 məhsuldar ötürmə verib. Onun müqaviləsi bu mövsümün sonuna qədərdir.