"Rubin"in keçmiş baş məşqçisi Xavi Qrasiya rəsmən "Lids"in baş məşqçisi olub.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, 52 yaşlı mütəxəssis 2022-ci ilin yayından işsiz idi.
Tərəflər arasında müqavilənin şərtləri açıqlanmayıb.
Əlavə edək ki, Qrasiya “Uotford”, “Rubin” və “Valensiya”dakı işi ilə tanınır. Keçən yay ispaniyalı Ərəbistanın "Əl-Sadd" klubunda məşqçi postunu tərk edib.