“Çelsi” baş məşqçisi Frenk Lempardla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bunu London klubu rəsmi saytı vasitəsilə bəyan edib.
2019-cu ilin yayında “zadəganlar”ın sükanı arxasına keçən 43 yaşlı mütəxəssisin istefaya göndərilməsinə səbəb komandanın cari mövsümdəki uğursuz çıxışıdır. Bu səbəbdən rəhbərlik Lempardın 2022-ci ilin yayına qədər olan sözləşməsinə xitam verib.
“Çelsi”də boş qalan baş məşqçi postuna tezliklə almaniyalı Tomas Tuxelin təyin olunması gözlənilir.
Qeyd edək ki, “Çelsi” Premyer Liqada 19 turdan sonra 29 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.