Antonio Konte gələn mövsümdən “Milan”ın baş məşqçisi olacaq.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssis artıq “rossoneri”nin şərtlərini qəbul edib. Son bir neçə gündə məşqçi ilə danışıqlara klubda prezidentin idman məsələləri üzrə müşaviri vəzifəsində çalışan Zlatan İbrahimoviç rəhbərlik edib.
Əvvəllər Konte bu mövsüm "Napoli"yə rəhbərlik edə biləcəyini inkar etmirdi.
Kontenin son iş yeri “Tottenhem” olub. Məşqçi 2023-cü ilin martında London klubunu tərk edib. Mütəxəssis buna qədər “Aretszo”, “Bari”, “Atalanta”, “Siena”, “Yuventus”, İtaliya millisi, "İnter" və "Çelsi"yə rəhbərlik edib.
A Seriyasının 22 turundan sonra "Milan"ın 46 xalı var və üçüncü yerdədir.