"Tottenhem"in baş məşqçisi Antonio Konte əməliyyat olunacağı duğu üçün "Mançester Siti" ilə Premyer Liqanın 22-ci turunu buraxa bilər.
Lent.az bildirir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
“Antonio Konte bu yaxınlarda qarnında şiddətli ağrı hiss edib. Ona xolesistit diaqnozu qoyulduqdan sonra öd kisəsinin çıxarılması üçün əməliyyat olunması qərara alınıb. Mütəxəssis fevralın 1-də əməliyyat olunacaq və sağaldıqdan sonra "Tottenhem"ə qayıdacaq. Klubdakı hər kəs ona uğurlar arzulayır”, - “Tottenhem”in açıqlamasında deyilir.
Xatırladaq ki, “Tottenhem” 21 oyunda 36 xal toplayıb və İngiltərə Premyer Liqasının turnir cədvəlində beşinci yerdədir. Lider 50 xal toplayan London "Arsenal"ıdır.