Klubdan çıxan hücumçuya "ucuz mürəbbə"  dedi
01 fevral 2023 13:07 (UTC +04:00)

Klubdan çıxan hücumçuya "ucuz mürəbbə" dedi

ÇSKA-nın və SSRİ yığmasının keçmiş futbolçusu Vladimir Ponomarev argentinalı hücumçu Adolfo Qayiçin gedişini ordu klubu üçün itki hesab etmir.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, yanvarın 31-də hücumçu icarə əsasında İtaliyanın “Verona” klubuna keçib və o, cari mövsümün sonuna kimi orada çıxış edəcək.

“Allaha şükür ki, getdi – ÇSKA üç il onunla birlikdə əziyyət çəkdi! Veronanın onu niyə apardığını bilmirəm. Onun orada uzun müddət qalacağını düşünmürəm. O, ÇSKA-ya ilk gələndə yaxşı keyfiyyətlər göstərdi. Amma sonra məlum oldu ki, o, belədir - ucuz mürəbbə. Üç il oturdu, yaxşı maaş aldı, yedi, işlədi”, deyə Ponomarev bildirib.

Xatırladaq ki, 23 yaşlı argentinalı 2020-ci ilin yayında ÇSKA-ya gəlib. O, “qırmızı-göylər”in heyətində 30 oyun keçirib və bu oyunda 3 qol vurub. Hücumçu əvvəllər icarə əsasında İtaliyanın “Benevento” və İspaniyanın “Hueska” klublarında çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338
avatar

Oxşar yazılar