Keçmiş "Barselona"lılar BİR YERDƏ - Suaraes də GƏLİR
06 dekabr 2023 02:23 (UTC +04:00)

Keçmiş "Barselona"lılar BİR YERDƏ - Suaraes də GƏLİR

Uruqvaylı ulduz futbolçu  Luis Suaresin "İnter Mayami"yə transfer olunacağı gözlənilir.

Lent.az xəbər verir ki, bir müddət Messi ilə "Barselona"da oynayan Suaresin yenidən argentinalı ulduzla eyni formanı geyinəcək.

Brazilyanın “Qremio” klubu ilə müqaviləsinin başa çatacağı bildirilən uruqvaylı futbolçunun MLS-də çıxış edəcəyi deyilir.

Luis Suaresin komandaya qatılması ilə daha əvvəl "Barselona"da çıxış etmiş 4 ulduz futbolçu da yenidən bir araya gələcək.

"Barselona" ilə son Çempionlar Liqasını qazanan heyətdə yer alan Serxio Busquets, Jordi Alba və Lionel Messi hazırda "İnter Mayami"də çıxış edir.

2023-cü ildə “Qremio”nun heyətində 52 rəsmi oyuna çıxan Luis Suares 24 qol vurub, 17 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8283
avatar

Oxşar yazılar