“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo 2023-cü ildə ən çox maaş alan idmançı olub.
Lent.az xarici mediaya istinadən bildirir ki, keçən il portuqaliyalı futbol fəaliyyətindən 200 milyon avro, sponsorluq müqavilələrindən isə daha 55 milyon avro qazanıb.
Reytinqdə ikinci yerdə “İnter Mayami”nin hücumçusu Lionel Messi qərarlaşıb. Argentinalı futbolçunun qazandığı 61 milyon avro futboldan, 61 milyon avro isə sponsorluq müqavilələrindəndir.
PSJ-nin futbolçusu Kilian Mbappe ümumi gəliri 115 milyon avro ilə reytinqdə beşinci yerdədir.
Bu mövsüm klub səviyyəsində 39 yaşlı Ronaldo 25 oyun keçirib, 24 qol vurub və tərəfdaşlarına 11 dəfə assistentlik edib.