“Komo” klubunun yeni baş məşqçisi ispaniyalı Sesk Fabreqas olacaq.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə insayder Fabrisio Romano məlumat verib.
Mənbənin məlumatına görə, klub rəhbərliyi Moreno Lonqonu işdən çıxarmaq qərarına gəlib. Onun yerini yaydan “Komo” gənclər komandasını çalışdıran Fabreqas tutacaq.
Xatırladaq ki, Fabreqas 2022/23 mövsümündən sonra “Komo”da peşəkar futbolçu karyerasını başa vurub və dərhal klub strukturunda gənclər komandasının məşqçisi olub.