İtaliya A seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, “Udineze” Luka Qotti ilə yollarını ayırıb.
54 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbindən vəzifəsindən azad edilib. 16 turdan sonra hesabında 16 xal olan komanda turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Qotti 2019-cu ildən “Udineze”nin baş məşqçisi idi.