İsveç millisində  vida oyununa   çıxacaq
05 aprel 2024 16:55 (UTC +04:00)

İsveç millisində vida oyununa çıxacaq

Əfsanəvi isveçli futbolçu sonuncu dəfə iyunda yoldaşlıq görüşündə meydana çıxacaq.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "Milan"ın karyerasını başa vuran keçmiş hücumçusu Zlatan İbrahimoviç İsveç millisində vida oyununa çıxacaq.

Ölkə Futbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, İbrahimoviç milli komandanın heyətində Serbiya ilə yoldaşlıq görüşündə çıxış edəcək. Görüş 2024-cü il iyunun 8-də baş tutacaq. Qarşılaşma Stokholmda (İsveç) “Friends-Arena” stadionunda baş tutacaq.
42 yaşlı Zlatan İbrahimoviç İsveç millisinin tarixində ən çox qol vuran futbolçudur. O, 62 qol vurub.

“Zlatan İbrahimoviçə hörmət etmək üçün stadionumuzu dolduracağıq. Bunu qaçırmaq olmaz”, - federasiyanın açıqlamasında deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3012
avatar

Oxşar yazılar