2023-cü ildə dopinqə düşdüyü məlum olan ilk Azərbaycan idmançısının adı məlum olub.
Lent.az-ın xəbərinə görə, bu, ötən il Türkiyənin Konya şəhərində keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında 67 kq çəki dərəcəsində kikboksinqin "Full contact" növündə çıxış etmiş Pərvin Heydərovdur.
O, ötən ilin oktyabrında "Qızıl Əlcək" klubu adından boks üzrə Azərbaycan çempionatında da qüvvəsini sınayıb. O orada 1/4 finalda mübarizəni dayandırıb.
Qeyd edək ki, furosemid maddəsindən istifadə etmiş idmançı 2 illik cəzalandırılıb. Onun cəzası 2024-cü ilin dekabrın 11-də başa çatacaq.