İran millisi dünya çempionatında iştirak etməyə bilər -  SƏBƏB
21 oktyabr 2022 19:41 (UTC +04:00)

İran millisi dünya çempionatında iştirak etməyə bilər - SƏBƏB

İran millisi bir aydan sonra başlayacaq dünya çempionatında meydana çıxmaya bilər. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, futbolçular yerli federasiyanın fəaliyyətinin dayandırılmasını tələb edən bir bəyanat yayıblar. Bu da onların avtomatik olaraq Qətərə getməsinə mane olacaq.

Futbolçular ölkədə qadınların hüquqlarının pozulmasından narazıdırlar. Futbolçuların məktubunu jurnalist Masih Əlinejad dərc edib.

“Ukraynaya müdaxilə və insan haqlarının pozulması səbəbindən FİFA Rusiyanın beynəlxalq yarışlarda iştirakını qadağan edib. Biz FİFA-nın bu mövqeyinə hörmətlə yanaşırıq və ümid edirik ki, o, minlərlə günahsız mülki şəxsin mənasız şəkildə öldürülməsinə və işgəncələrə məruz qalmasına dözməyəcək. Biz iranlı idmançılar sizdən eyni qərarı İran İslam Respublikasına da tətbiq etməyinizi xahiş edirik”, - Əlinejad bildirib.

Xatırladaq ki, İran yığması İngiltərə, Uels və Amerika Birləşmiş Ştatları komandaları ilə bir qrupda yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2163
avatar

Oxşar yazılar