Azərbaycan Premyer Liqasında ilk oyununa çıxacaq “Araz-Naxçıvan” transfer çalışmalarını da davam etdirir.
Lent.az xəbər verir ki, bu barədə klub açıqlama yayıb. Bildirilib ki, komanda daha bir legionerlə müqavilə imzalayıb. İqor Ribeiro 1 il ərzində “Araz-Naxçıvan”ın formasını geyinəcək. Braziliyalı mərkəz müdafiəçisinin sonuncu klubu Paraqvay “Takuari”si olub. 26 yaşlı futbolçu buna qədər vətənində “Qama”, “Bandeirante” və “Ceilandia” komandalarının heyətində çıxış edib.
Bununla da “Araz-Naxçıvan” yay fasiləsində transfer etdiyi əcnəbi futbolçu sayını 9-a çatdırıb. Naxçıvan təmsilçisi buna qədər Nuno Migel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Məhəmməd Kadiri, İsmail Azzaui və Elvis Maşike kimi əcnəbiləri heyətinə qatıb.