“İnter”in futbolçusu Robin Qosens İtaliya klubundakı durumundan narazıdır.
Lent.az Apasport.az saytına istinadla xəbər verir ki, 28 yaşlı müdafiəçi Milan təmsilçisində az oyun praktikası qazanması ilə barışa bilmir.
Bu üzdən almaniyalı futbolçu qışda klubunu dəyişməyə qərar verib. Onun xidmətində “Bayer” maraqlıdır.
Qeyd edək ki, ötən qışda “Atalanta”dan icarəyə götürülən Qosensin müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. O, cari mövsüm 14 oyunda 402 dəqiqə meydanda olub.
Robin Qosens