"İnter" klubu doqquzuncu dəfə futbol üzrə İtaliya kubokunun sahibi olub.
Lent.az xəbər verir ki, Romada keçirilən final oyununda "İnter" klubu "Fiorentina" ilə qarşılaşıb. Görüş "İnter"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Milan təmsilçisinin heyətində Lautaro Martines dubl edib, "Fiorentina"nın qolunu isə Nikolas Qonsales vurub.
Qeyd edək ki, "İnter" 1939-cu, 1978-ci, 1982-ci, 2005-ci, 2006-cı, 2010-cu, 2011-ci və 2022-ci illərdə kuboku qazanıb.