İlin futbolçusu   bu oyunçu oldu
17 yanvar 2022 23:29 (UTC +04:00)

İlin futbolçusu bu oyunçu oldu

2021-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, FİFA-nın keçirdiyi səsvermədə Robert Levandovski (Polşa/“Bavariya”) qalib olub.

O, “The Best” mükafatını qazanıb. İlin ən yaxşısı səsvermədə Lionel Messi (Argentina/“Barselona”/PSJ) və Məhəmməd Salahı (Misir/ “Liverpul”) qabaqlayıb.

İlin ən yaxşı qadın futbolçusu adını isə Aleksiya Puteyas (İspaniya/“Barselona”) qazanıb.

Qeyd edək ki, FİFA-nın “The Best” mükafatlarının təqdimetmə mərasimi İsveçrənin Sürix şəhərində təşkil olunub.

# 1452
avatar

Oxşar yazılar