Azərbaycanın 2 güləşçisi İtaliyanın paytaxtı Romada U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Lent.az Apasport.az saytına istnadən xəbər verir ki, Nihad Quluzadə (55 kq) finalda rumıniyalı Denis Mihayla dueldən qalib ayrılıb.
Rəqibinə 10:1 hesabıyla qalib gələn güləşçimiz Avropa çempionu olub.
Onun uğurunu Laçın Vəliyev (87 kq) də təkrarlayıb. Həlledici görüşdə rumıniyalı Patrik Qordanla üz-üzə gələn təmsilçimiz 3:1 hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, yunan-Roma güləşi üzrə U-20 millimiz AÇ-yə 2 qızıl medalla başlayıb.