İdmanda yeni seks ulduzu: "Risk etmək istədim"
05 fevral 2021 13:46 (UTC +04:00)

İdmanda yeni seks ulduzu: "Risk etmək istədim"

Kanadalı tennisçi Byanka Andresku Avstraliya açıq çempionatına iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, bunu 20 yaşlı idmançının özü açıqlayıb.

Melburndakı turnirdə iştirakdan imtina edən dünya tennisinin yeni seks ulduzu bu addımın Avstraliya açıq çempionatına təsiri olmadığını bildirib: “Melburndakı turnirdən ona görə çıxdım ki, iki həftə məşq etməmişdim. Vacib turnir öncəsi belə risk etmək istəmədim. İndi hər şey qaydasındadır, mən sağlamam və oynamağa hazıram”.

Qeyd edək ki, 2019-cu ildə ABŞ açıq çempionatının qalibi olan Byanka Avstraliyada sərt karantinə alınıb. Buna səbəb onun koronavirusa yoluxan şəxsin olduğu təyyarə ilə uçması idi.

# 4440
avatar

Oxşar yazılar