“Barselona”nın baş məşqçisi Xavi yanvarın 14-də baş tutacaq İspaniya Superkubokunun final oyunundan əvvəl “Real Madrid” haqda fikirlərini bölüşüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Xavi “Real” barədə fikirlərini belə ifadə edib:
“Mən hiss edirəm ki, “Barselona” gücləndikcə “Real Madrid” daha da güclənir. Hər hansı titul qazanmağımız üçün daim “Real”la üz-üzə gəlmək məcburiyyətindəyik. Güclü “Barselona” komandasını görəndə dərhal reaksiya verirlər. Bizimlə hər şey bərabər şəkildə baş verir, o cümlədən titulların paylanması. Keçən il iki kubok qazanmışdıq, bu il də titullar uğrunda mübarizə aparırıq”.
Xatırladaq ki, “Barselona”-“Real Madrid” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.