Haverts "Çelsi"ni  tərk edə bilər
26 yanvar 2023 18:47 (UTC +04:00)

Haverts "Çelsi"ni tərk edə bilər

Kay Haverts bu yay "Çelsi"ni tərk edə bilər.

Lent.az bildirir ki, “Sky Sport Deutschland”ın jurnalisti Florian Plettenberqin yazdığına görə, almaniyalı hücumameyilli yarımmüdafiəçinin “Çelsi”də gələcəyi qeyri-müəyyən olaraq qalır.

Havertz üçün həlledici aylar may və ya iyun olacaq. "Çelsi" gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Kay klubunu dəyişə bilər. Bu turnirdə iştirak Haverts üçün ən vacib şərtdir.

Qeyd olunur ki, "Çelsi" 60 milyon avroya bonuslar da nəzərə alınmaqla, 2020-ci ilin payızında "Bayer"dən təxminən 70 milyon avroya aldığı yarımmüdafiəçini sata bilər.

Londonlular hazırda Premyer Liqanın turnir cədvəlində 10-cu yerdədir. 4-cü yerdən fərq 10 xaldır.

23 yaşlı futbolçu bu mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 27 oyunda 6 qol vurub və 1 məhsuldar ötürmə edib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782
avatar

Oxşar yazılar