İngiltərə Premyer Liqa komandalarından olan "Tottenhem"də çıxış edən Harri Keyn gələcəyi ilə bağlı gözlənilməz qərar verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hücumçu "Tottenhem"lə müqavilənin uzadılması danışıqlarını dayandırıb.
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında İngiltərə millisinin ən əhəmiyyətli oyunçusu olan və transferdə bir çox Avropa klubları ilə adı hallanan hücumçu çempionatdan sonra vəziyyəti dəyərləndirəcək.
Məlum olduğu kimi, Almaniya Bundesliqa komandalarından olan "Bavariya" Harri Keynlə maraqlanır. "Tottenhem"in heyətində bu mövsüm Harri Keyn 17 oyunda 11 qol vurub və 2 məhsuldar ötürmə edib. Keynin müqaviləsi 2024-cü ildə başa çatır.