Harri Kasparov
02 iyun 2024 11:28 (UTC +04:00)

Harri Kasparov

Harri Kasparovun iki ilədək həbs edilməsi üçün bütün ƏSASLAR VAR

0

 Müstəntiqlər şahmatçı Harri Kasparova qarşı əcnəbi agentin vəzifələrindən yayınma maddəsi ilə cinayət işi başlada bilər.

Lent.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir. Qeyd edək ki, şahmatçı Rusiyada xarici agent kimi tanınıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, hazırda cinayət işinin başlanması üçün bütün əsaslar var.

Hüquq-mühafizə orqanlarının nümayəndəsi onu da əlavə edib ki, cinayət işi başlansa, Kasparov iki ilədək həbs və ya cərimələnə bilər.

Martın 6-da şahmatçı Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3396

Oxşar yazılar