Gürcüstan ilk dəfə Avropa çempionatında
26 mart 2024 23:52 (UTC +04:00)

Gürcüstan ilk dəfə Avropa çempionatında

Gürcüstan Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Lent.az xəbər verir ki, komanda bu uğura Yunanıstanla oyunda müvəffəq olub.

Tblisinin Boris Paichadze Dinamo Arena stadionunda keçirilən oyunun əsas vaxtı 0:0 bitib.

Əlavə olunan vaxtda da qapılar toxunulmaz qalıb.

Qalibi müəyyən etmək üçün penalti seriyası oynanılıb.

Burda rəqibindən daha üstün (4:2) olan gürcülər tarixində ilk dəfə Avropa çempionatında çıxış edəcək.

Gürcüstan F qrupunda Portuqaliya, Türkiyə, Çexiya yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyul aralığında Almaniyanın 10 şəhərində təşkil olunacaq.

# 2760
avatar

Oxşar yazılar