Azərbaycanın iki bədii gimnastı Serbiyanın paytaxtı Belqradda keçirilən “Ritam Cup” beynəlxalq turnirində beş medal qazanıb.
Apasport.az xəbər verir ki, Sofiya Məmmədova 3 mükafata sahib çıxıb.
O, çoxnövçülükdə gümüş, halqa və topla çıxışlarda bürünc medal əldə edib.
İlona Zeynalova isə yarışı 2 mükafatla başa vurub. Gimnast çoxnövçülükdə və halqa ilə hərəkətlərdə bürünc medal qazanıb.