"Barselona"nın baş məşqçisi Xavi jurnalistlərin gələcəkdə kluba mümkün qayıdışı ilə bağlı suallarını cavablandırıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ispaniyalı daha əvvəl bu mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
“Mən geri dönməyimi istisna etmirəm. “Barselona” hər şeydə mənə arxalana bilər, amma indi mənə elə gəlir ki, onların mənə ehtiyacı yoxdur. Artıq qərarımı vermişəm. Düşünürəm ki, əməyə qiymət verilmir”, - Xavi vurğulayıb.