Omskda 21 yaşlı rusiyalı futbolçu Yeqor Drobış öldürülüb.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, Drobış içkili vəziyyətdə dostu ilə pivə satılan mağazaya gedib. Küçədə ona naməlum şəxslər bıçaqla hücum edib.
Yarımmüdafiəçi ürəyindən vurulandan sonra ölüb, onun 22 yaşlı dostu ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Polis cinayəti törədənləri axtarır.
Drobış Omskın “İrtış” klubunun yetirməsi idi. Futbolçu 2019-cu ildən komandanın əsas heyətində çıxış edib və 3 oyunda meydana çıxıb.