"Rubin-2"nin yeni baş məşqçisi vaxtilə Kazan klubunun tanınmış yarımmüdafiəçisi Gekdeniz Karadeniz olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Karadeniz 2008-2018-ci illərdə "Rubin"də çıxış edib. O, 300 oyun keçirib və 52 qol vurub, iki dəfə Rusiya çempionu olub.
“Rubin-2” 2023-cü il mövsümündə İkinci Liqanın B Divizionunun 4-cü qrupunda çıxış edəcək.