Futbolda qəribə HADİSƏ: azarkeşə cinsi orqanını  göstərdi
24 avqust 2024 15:33 (UTC +04:00)

Futbolda qəribə HADİSƏ: azarkeşə cinsi orqanını göstərdi

Braziliyanın San-Paulu şəhərində azarkeşlərdən biri rəqib klubun tamaşaçısına cinsi orqanını göstərib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə yerli “Palmeiras” klubunun Libertadores Kubokunun “Botafoqo” ilə ev oyununda baş verib. Hazırda polis həmin şəxs barəsində axtarış elan edib. Qarşılaşma çərşənbə günü, avqustun 22-də “Allianz Park” stadionunda baş tutub.

Kişi final fitindən dərhal sonra xuliqanlıq etmək qərarına gəlib ki, bu da komandasının turnirdən kənarlaşdırılmasından xəbər verir. Hadisədən sonra zərərçəkmiş polisə ərizə yazıb.

Bildirilir ki, hüquq-mühafizə orqanları və “Palmeyras” hadisənin günahkarını müəyyən etmək üçün arenadan çəkilmiş foto və video çəkilişlərdən istifadə edəcək. Klub onu da açıqlayıb ki, xuliqan azarkeşin klubun mövsüm proqramında iştirak etdiyi müəyyən olunarsa, onun abonementi ləğv ediləcək və onun üçün gələcək oyunlara bilet alınması qadağan ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1746
avatar

Oxşar yazılar