Futbolçuya nalayiq hərəkət edən azarkeş belə cəzalandı
14 fevral 2024 18:39 (UTC +04:00)

Futbolçuya nalayiq hərəkət edən azarkeş belə cəzalandı

İspaniya çempionatının 23-cü turunun matçında "Sevilya"nın futbolçusu Lukas Okamposun arxasına nalayiq hərəkət edən "Rayo Valyekano" klubunun azarkeşi məhkəmə tərəfindən 6 min avro cərimələnib.

Lent.az xarici mediaya istinadla bildirir ki, azarkeşə həmçinin 1 il ərzində idman yarışlarına qatılmaq da qadağan edilib.

Qeyd edək ki, hadisə fevralın 6-da “Rayo Valyekano” – “Sevilya” matçının birinci hissəsində yaşanıb. Okampos yan xəttdən topu oyuna daxil etməyə hazırlaşarkən,ön cərgədə əyləşən azarkeş barmağını futbolçunun ombasının arasına qoyub. Epizod televiziya kameralarında lentə alınıb.

Matçdan sonra argentinalı futbolçu La Liqa rəhbərliyinin baş verənlərə ciddi yanaşacağını və hadisəni nəzərə alacağını ümid etdiyini bildirib. İstintaq zamanı cinayəti törədən şəxs müəyyən edilərək cinayət işi yetkinlik yaşına çatmayanların işləri üzrə prokurorluğa verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4053
avatar

Oxşar yazılar