Futbol üzrə dünya çempionatının açılış matçının keçiriləcəyi ölkə seçildi
05 fevral 2024 02:15 (UTC +04:00)

Futbol üzrə dünya çempionatının açılış matçının keçiriləcəyi ölkə seçildi

2026-cı il futbol üzrə dünya çempionatının ilk oyunu və açılış mərasimi iyunun 11-də Mexikodakı “Azteca” stadionunda keçiriləcək.

Lent.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Meksika yığmasının ilk oyundakı rəqibi daha sonra müəyyənləşəcək. Kanada komandası turnirə iyunun 12-də Torontoda keçiriləcək oyunla başlayacaq.

“Azteca” Stadionu 87 min 523 tamaşaçı tutumuna malikdir. Arena iki dünya çempionatının finalına ev sahibliyi edib: 1970 və 1986-cı illərdə. Stadion 1968-ci ildə Olimpiya futbol turnirinə ev sahibliyi edib.

2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Turnirin qrup mərhələsi 72 oyundan ibarət olacaq. Ölkələr hər birində dörd komandadan ibarət 12 qrupa bölünəcək, kvartetlərə birinci yeri tutan iki komanda və üçüncü yeri tutan ən yaxşı səkkiz komanda daxil olacaq. Qrup mərhələsindən sonra komandalar 1/16 finalda çıxış edəcək. Ümumilikdə 104 görüşdən ibarət olacaq turnir 56 gün ərzində baş tutacaq. Final matçı 2026-cı il iyulun 19-na təyin edilib.

Xatırladaq ki, əvvəllər dünya çempionatlarında 32 komanda iştirak edirdi. Turnirlər 64 görüşdən ibarət olurdu.

Hazırkı dünya çempionu Argentina millisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7740
avatar

Oxşar yazılar